Qiymətlərin bahalaşmasının səbəbi nədir?
Bununla bağlı iqtisadçı ekspert Natiq Cəfərli Demokrat.az-a açıqlama verib.
O bildirib ki, ətin qiymətinin artmasının əsas səbəbi yemin bahalaşmasıdır:
“Heyvandarlığa lazım olan dərman preparatları xaricdən gətirilir. Bu dərmanların qiyməti də bahalaşıb. Otlaq sahələri azalıb. Bütün bunlar ətin qiymətinə təsir edən elementlərdir. Bir də ətçiliklə məşğul olan insanların özləri də istehlakçıdırlar. Onlar da qazanclarına başqa məhsullar alırlar. Həmin şəxslər görəndə ki, hər şeyin qiyməti qalxır, məcburən ətin də qiymətini qaldırırlar. Ət dükanlarında olan ətlər əsasən yerli məhsuldur. Yəni, daha çox Azərbaycanın özünün istehsal etdiyi məhsul bazarda satılır. Yerli məhsul olmasına baxmayaraq, qiymətlər qalxır, çünki xərclər artır. Hər şeyin qiyməti qalxdığı kimi ətin də qiyməti qalxır”.
Leyla Turan
Demokrat.az