Bakı. Trend:
Müşahidəçilər və media nümayəndələrinə müşahidə aparmaq hüququveriləcək.
Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədriMəzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
"Müşahidəçilər və media nümayəndələri heç bir rədd cavabıalmadan müraciət edə bilərlər. Onlara müşahidə aparmaq hüququveriləcək", - o bildirib.
MSK sədri vurğulayıb ki, indiyədək heç kimə heç bir rədd cavabıverilməyib.
O qeyd edib ki, bələdiyyə seçkilərini izləyəcək yerlimüşahidəçilərin sayı 70 625 nəfərə çatıb.