“Barselona”nın müdafiəçisi Andreas Kristensen sıradan çıxıb.
Msport.az xəbər verir ki, danimarkalı futbolçu məşq zamanı zədə alıb.
28 yaşlı oyunçunun təxminən üç həftə yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.
Qeyd edək ki, o, 2022-ci ildə İngiltərənin “Çelsi” klubundan “Barselona”ya keçib.