AZ

Coca-Cola məhsullarının tərkibində zərərli maddələr tapılıb

The Coca-Cola Company-nin Coca-Cola Europacific Partners Belgium qida sənayesi üzrə törəmə şirkəti, Belçika, Böyük Britaniya, Lüksemburq, Niderland, Fransa və Almaniya bazarlarından məhsullarının kütləvi şəkildə geri çağırıldığını elan edib. Buna səbəb içkilərin tərkibində xlorat səviyyəsinin normadan yüksək olmasıdır. Bu barədə Agence France-Presse məlumat yayıb.

"Bizdə dəqiq rəqəmlər yoxdur, lakin söhbət əhəmiyyətli həcmlərdən gedir",  - şirkət rəsmiləri agentliyə verdikləri açıqlamada bildiriblər. 

Geri çağırılma tədbirləri Coca-Cola, Sprite, Fanta, Fuze Tea, Minute Maid, Nalu, Royal Bliss və Tropico brendlərinə aiddir.  2024-cü il noyabrın  sonundan etibarən istehsal edilən bu ad altında içkilər banka və butulka formatında olmasından asılı olmayaraq  geri qaytarılacaq.

Şirkət bildirib ki, problem Gentdə (Belçika) aparılan keyfiyyət yoxlamaları zamanı aşkar edilib və istehsal normalarına uyğunluğun yoxlanılması prosesində müəyyən olunub.

Agentliyin məlumatına görə, standartlara cavab verməyən məhsulların böyük hissəsi artıq dövriyyədən çıxarılıb və ya bazara buraxılmayıb.
 
Digər hissənin geri çağırılması üçün şirkət müvafiq ölkələrin hakimiyyət orqanları ilə əməkdaşlıq edir.
 
N.Təbrizli











www.anews.az
Seçilən
11
36
anews.az

10Mənbələr