Hər kəs azad şəkildə seçkiləri müşahidə edə bilər. Bu, bizim Azərbaycan praktikası olan veb-kamera müşahidə sistemi ilə mümkündür.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov seçkiöncəsi mətbuat konfransında bildirib.
Sədrin sözlərinə görə, veb-kameralara xidmət ən yüksək səviyyədə keçirilir:
"Biz veb-kamera sistemi ilə dünya seçki sistemi tarixində ilkə imza atmışıq. Azərbaycana gəlmədən müşahidə şəraitinin yaradılması bizim üçün böyük üstünlükdür. Demək olar ki, 1000 dairədə bu tip kameralar quraşdırılıb".
Əli Hüseynov