AzVision.az AKM-in sosial şəbəklərdəki səhifəsində yerləşdirilən məlumata istinadən xəbər verir ki, Ukraynanın Müdafiə naziri hakimiyyətindən və ya vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir. Bu maddə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
“Yanvarın 24-də Umerov Müdafiə Təchizatları Agentliyinin (DPA) Müşahidə Şurasının DPA-nın direktoru Marina Bezrukova ilə müqavilənin bir il müddətinə uzadılması qərarını yerinə yetirməkdən imtina edib. Nazir, həmçinin bu qərara səs verən Müşahidə Şurasının iki üzvünü - Taras Çmut və Yuri Cigiri vəzifəsindən azad edib”,- AKM-in paylaşdığı xəbərdə deyilir.
Məlumatda qeyd olunur ki, müdafiə təchizat agentliklərində nəzarət şuralarının yaradılması NATO-nun bu strukturları xarici təzyiqlərdən qorumaq üçün əsas tövsiyəsi idi. Umerov isə Mariya Bezrukovanı hərbi və ordu təchizatı ilə bağlı problemlərdə günahlandırıb.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta