AZ

Erməni deputat: “Yerevanın İrəvan olduğu bəyan ediləcək”

“Hakimiyyət Ermənistanı türk vilayətinə çevirmək üçün hər şeyi edir”. 

“Cebheinfo.az” xəbər verir ki, bun yanvarın 28-də “Ermənistan” blokunun üzvü, Daşnaksütyun partiyasının təmsilçisi Qarnik Danielyan Yerablur hərbi panteonunda jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, hakimiyyət erməni xalqının tarixindən imtina edir, erməni kilsəsinə qarşı mübarizə aparır və erməni kimliyinin bütün komponentlərini məhv edilir. Parlamentari əlavə edib ki, hakimiyyət təslim prosesini davam etdirir. 

“Bu məntiqlə hakimiyyət sonda Yerevanın İrəvan olduğunu bəyan edəcək”, - Danielyan qeyd edib.

O, “Paşinyan “erməni soyqırımı” ilə bağlı dediyi sözlərlə çaşqınlıq yaradır, o, bu faktı şübhə altına aldıqdan sonra Türkiyənin tezislərini təkrarlayır. Bütün dünyanın qarşısında özümüzü rüsvay edirik. Bu gün biz erməni qalmaq üçün Ermənistanda döyüşməyə məcburuq”, - deputat əlavə edib.

Seçilən
21
cebheinfo.az

1Mənbələr