Son günlər mediada Dövlət Gömrük Komitəsi əməkdaşlarının 3 aydan bəridir ki, əmək haqlarını ala bilməməsinə dair xəbərlər yayılıb.
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Gununsesi.info-ya açıqlamasında bu barədə suala aydınlıq gətirib: “Bəzi texniki məsələlər var. Onlar həll olunduqdan sonra hamı maaşını alacaq. Burada ajiotaj yaratmağa ehtiyac yoxdur”.