AZ

Atatürkün kişi sandığı cəsur türk qızı: Həlimə Kocabıyıq kimdir?

XX əsrin əvvələrində Osmanlı dövləti çətin günlərini yaşayırdı. Bütün ərazi üzük qaşı kimi mühasirəyə alınmışdı. Bir tərəfdən erməni daşnak dəstələri, bir tərəfdən yunanlar,bir tərəfdən fransızlar dövlət üçün təhlükə idilər. Bu çətin dönəmdə Mustafa Kamal Paşa liderliyi öz üzərinə götürdü.

1919-cu ilin mayın 19-da Samsuna gələn Mustafa Kamal Paşa Anadoluda türk millətini səfərbər etməyə başladı. Həmin il iyunun 22-də Mustafa Kamal imzası ilə Amasiyadan bütün Anadoluya yayılan müraciətdə deyilirdi: “Vətənin bütövlüyü, millətin istiqlalı təhlükədədir. Millətin istiqlalını yenə millətin əzmi və qərarı xilas edəcəkdir…” Bu çağırış artıq vüsət almağa başlayan milli azadlıq hərəkatını daha da alovlandırdı. 1919-cu il iyulun 23-də Atatürkün təşkilatçılığı ilə Türk Milli Qurtuluş Savaşının ilk təməl daşı sayılan Ərzurum konqresi öz işinə başladı.
Bütün türklər vətənin müdafiəsinə qalxdılar. Bu çətin dönəmdə qadınlarda silaha sarılaraq döyüşlərə qatıldılar.

Orduda onun qadın olduğunu heç kim bilmirdi. Döyüşə qatılarkən saçlarını kəsdirib, kişi paltarı geyinən bu cəsur qadın Həlimə Kocabıyıq idi. Ən ağır döyüşlərin iştirakçısı olan Həlimə xanım 1898-ci ildə Kastomuda doğulmuşdu. Ata-anasının təkidlərinə baxmayaraq döyüşə qatılmışdı.

Onun həyatını dəyişən hadisə isə 1920-ci ildə baş verir. Cəbhədə onların hərbi hissəsinə gələn Mustafa Kamal Paşa cəbhəyə daşıdığı güllələri öz həyatından belə çox əhəmiyyət verən bu əsgəri görəndə ona, ” Niyə üzərindəki isti geyimi güllələrin üzərini örtmüsən, sənə soyuq olar əsgər? ” -deyə soruşur.

Həlimə Kocabıyıq ” Mənim üşüməyim problem deyil. Bu bu silah sursat yüzlərlə, bəlkə də minlərlə əsgərimizi qoruyacaq ” deyir.. Bu cavabdan sonra Mustafa Kamal Paşa Həlimə Kocabıyıqın sənədlərini tələb edir. Qarşısındakı əsgərin qadın olduğunu anlayan Mustafa Kamal Paşa yavərinə, Həlimə Kocabıyıq ilə bağlı bütün məlumatları Ankaraya göndərir. Mustafa Kamal başı hamının qarşısında diz çökərək bu qadının əllərindən öpür.

Ən ağır döyüşlərin iştirakçısı olan bu cəsur qadın 9 İyun 1921-ci ildə Yunan döyüş gəmilərinin Kilkisi bombaladığı zaman ağır yaralanır və əlil olur.

Qurtuluş döyüşündən sonra Mustafa Kamal Paşa tərəfindən Ankaraya çağırılan Həlimə Kocabıyıq, “İstiqlal Medalı” ilə təltif edilir. Həlimə xanıma həmçinin Çavuş rütbəsi verilir. O 1976-cı ildə doğulduğu Kastomuda vəfat edir.

Qoşqar Salmanlı

Seçilən
18
busaat.az

1Mənbələr