2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 19 milyard 194,6 milyon manat təşkil edib ki, bu da proqnozdan 3,1 %, 2023-cü illə müqayisədə isə 12,4 % çoxdur.

İndex.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə büdcə daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 51,6 % olub.

Qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 57,5 %-ni və yaxud 11 milyard 27,5 milyon manatını vergi və rüsumlar üzrə daxilolmalar, 34,6 %-ni və yaxud 6 milyard 648,7 milyon manatını gömrük rüsumları və idxala görə vergi daxilolmaları, 2,9 %-ni və yaxud 547,9 milyon manatını büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 1,3 %-ni və ya 250 milyon manatını Azərbaycan Mərkəzi Bankının mənfəətindən daxilolmalar, 0,2 %-ni və yaxud 37,6 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar, 0,4 %-ni və yaxud 69,9 milyon manatını məqsədli büdcə fondları (Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan məqsədli büdcə fondları və Nəqliyyat vasitələrinin utilizasiya fondu) üzrə daxilolmalar, 3,1 %-ni və yaxud 613 milyon manatını sair daxilolmalar təşkil edib.