Türkiyə hökuməti Səudiyyə Ərəbistanı ilə 6 milyard dollarlıq müdafiə müqaviləsi bağlamağa ümid edir. Bu müqavilə ilə ərəblər hərbi gəmilər, tanklar və raketlər ala biləcək.
Herbiand.az bildirir ki, bu barədə Bloomberg agentliyi türk mənbələrinə istinadən xəbər verir.
Rəsmilər bildiriblər ki, reaktiv təyyarələrin hazırlanması ilə bağlı türk layihəsinə qoşulmağı nəzərdə tutan saziş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mart ayında Səudiyyə Ərəbistanına səfəri zamanı rəsmiləşə bilər.
Qeyd edək ki, Türkiyə müdafiə sənayesini inkişaf etdirməyə çalışır və dünyanın ən böyük silah idxalçılarından biri olan Səudiyyə Ərəbistanını əsas bazar olaraq görür.
Bəxtiyar CƏFƏRLİ