AZ

İran XİN: ABŞ nüvə sazişinin bağlanması üçün etimad qazanmalıdır

ABŞ İranın nüvə proqramı üzrə danışıqları bərpa etmək üçün əvvəlcə Tehranın etimadını qazanmalıdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

"İndi vəziyyət bir qədər fərqlidir və əvvəlkindən daha mürəkkəbdir. ABŞ etimadımızı qazanmaq üçün çox iş görməlidir", - Əraqçi “Sky News” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, İran hakimiyyəti ABŞ-nin yeni Prezidenti Donald Trampın təkliflərini dinləməyə hazırdır, lakin 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planının taleyini də nəzərə alaraq Tehranı yeni nüvə sazişi ilə bağlı danışıqlara başlamağa inandırmaq üçün daha çox səy göstərmək lazım gələcək.

Seçilən
16
22
report.az

10Mənbələr