AZ

Sərhəddə gərginlik: Sərhədçilərə atəş açıldı

ABŞ Prezidenti Donald Trampın genişmiqyaslı deportasiya kampaniyası davam edir.

Bu fonda qeyri-qanuni mühacirlərin Meksika sərhədini keçdiyi zaman Texasda sərhəddə patrulluq edən təhlükəsizlik qüvvələrinin atəşə tutulduğu iddia edilib. 

"Cebheinfo.az" xəbər verir ki, “Fox News” telekanalı qeyri-qanuni miqrantların Meksika sərhədində Rio Qrande çayını keçməyə çalışdığını bildirib. Bu arada xəbərlərdə sərhəddə keşik çəkən təhlükəsizlik qüvvələrinin yerli vaxtla saat 14:00 radələrində atəşə tutulduğu, atəş açanların isə Meksika kartellərinin üzvləri olduğu iddia edilib. 

“Fox News” müxbiri Bill Melugin də "X" sosial media hesabında silahlı kartel üzvlərinin sərhəd təhlükəsizlik qüvvələrinə atəş açdığı və hadisə nəticəsində yaralanan olmadığı barədə bölgədəki təhlükəsizlik mənbələrindən məlumat aldığını paylaşıb. 

“NBC News”-n xəbərinə görə isə Texasın İctimai Təhlükəsizlik Departamenti Meksika sərhədində hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıldığını təsdiqləyib. 

Seçilən
12
cebheinfo.az

1Mənbələr