AZ

İsveçin milli təhlükəsizlik müşaviri silsilə qalmaqallardan sonra istefa verib

Stokholm, 28 yanvar, Nərgiz Cəfərli, AZƏRTAC

İsveçin milli təhlükəsizlik üzrə müşaviri Henrik Landerholm məxfi məlumatlarla işləməkdə səhlənkarlıq iddiaları ilə bağlı ilkin istintaqın başlamasından sonra istefa verib.

AZƏRTAC xəbər verir ki, onun istefası bir sıra qalmaqalların, habelə ictimaiyyətin, siyasətçilərin və mətbuatın təzyiqlərinin nəticəsidir.

O bildirib ki, yaranmış şəraitdə daha öz vəzifəsini yerinə yetirə bilmir: “Baş nazirə araşdırma başlandığı barədə məlumat verdim və razılaşdıq ki, vəzifəmi tərk edim”.

Müxtəlif partiyaların nümayəndələri Baş nazir Ulf Kristerssonu müşavirin istefasının gecikdiyinə görə tənqid ediblər. Vəziyyətin beynəlxalq aləmdə ölkənin imicinə xələl gətirdiyi də vurğulanıb.

Hökumət başçısı açıqlamasında standartlara əməl etməyin və səhvlərə yol verməməyin vacibliyini vurğulayıb. O deyib: “İndi bu məsələni ədalət həll edəcək. Biz əsas diqqəti milli təhlükəsizliyin təmin olunmasına yönəltməliyik”.

Xatırladaq ki, H.Landerholm 2023-cü ilin martında Hellöfsta konfrans mərkəzində məxfi sənədləri, iki ay əvvəl müsahibədən sonra “Sveriges Radio”nun redaksiyasında bloknotunu, 2022-ci ilin sonunda isə Macarıstan səfirliyində mobil telefonunu unudub.

Seçilən
1
azertag.az

1Mənbələr