AZ

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi 2025-ci il üçün fəaliyyət planına dair görüş keçirdi - FOTO

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi, İMZA üzvlərinin iştirakı ilə 2024-cü ilin yekun hesabatı və 2025-ci il üçün qarşıya qoyulan fəaliyyət planına dair müzakirəsinə həsr olunmuş görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə İctimai Birliyin Beynəlxalq və İctimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.

Görüşdə İB-nin İdarə Heyətinin sədri Xəyyam Əsgərov geniş hesabat məruzəsi ilə çıxış edib. O, qeyd edib ki, İctimai Birlik Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanın inkişafı və beynəlxalq aləmdə tanınması istiqamətində həyata keçirdikləri fəaliyyətləri, xüsusilə sosial şəbəkələr vasitəsilə, geniş şəkildə təbliğ edir.

O, ötən ildə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev - Böyük Lider" və “Qərbi Azərbaycana qayıdışın tarixi, mədəni və hüquqi əsasları” mövzularında təşkil edilmiş beynəlxalq tədbirlərdən bəhs edib. Bildirib ki, əvvəlki illərdə də təşkil olunan Qarabağ İqtisadi Forumu, Xocalı soyqırımı ilə bağlı toplantıların və digər mühüm tədbirlərin yerli və beynəlxalq KİV-də geniş işıqlandırılıb. 2024-cü il ərzində İctimai Birliyə üzvlük üçün çoxsaylı müraciətlər daxil olub və mərhələli şəkildə yeni üzvlərə təşkilatın üzvlük vəsiqələri təqdim edilib. Ümumiyyətlə, “İMZA" İB-nin üzvlərinin sayı getdikcə artmaqdadır və bu, təşkilatın fəaliyyətinin genişlənməsinin göstəricisidir.

“İMZA” İB-nin sədr müavini Elnar Məmmədli İctimai Birlikdə yeni təyinatların olması haqqında məlumat verib. Beləki, Əlibəy Abbasov sədrin təşkilatı işlər üzrə müşaviri, Gülçin Zeynallı təşkilati işlər üzrə köməkçi, Günel Şəmilzadə isə Beynəlxalq və İctimaiyyətlə Əlaqələr Departamentinin direktor müavini vəzifələrinə təyin olunublar.

İclasda “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi, fövqəladə və səlahiyyətli səfir Hulusi Kılıçın təşkilatın fəaliyyətini, eləcə də Departamentin beynəlxalq tədbirlərinin təşkili prosesində oynadığı mühüm rol xüsusi olaraq qeyd edilib. Türkiyə təmsilçisi, qardaş ölkənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç da öz növbəsində, çıxış edərək, “İMZA” İctimai Birliyinin gördüyü işləri yüksək qiymətləndirib.

Görüşdə qeyd edilib ki, hazırda “İMZA” İctimai Birliyinin heyəti 2025-ci il “Konstitusiya və Suverenlik İli”-nə həsr olunacaq yeni “fəaliyyət planı” üzərində çalışır. Bu istiqamətdə “İMZA” üzvlərinin fəaliyyət planına dair təklifləri də dinlənilib. Onlar da öz növbəsində “İMZA”nın fəaliyyətini həm sosial şəbəkələrdə, həm də ölkəmizin sosial-ictimai həyatındakı iştirakını yaxından izlədiklərini, qurumun keçiriləcək tədbirlərində fəal şəkildə iştirak edəcəklərini vurğulayıblar.

İclasda İdarə heyəti üzvlərinin fikirləri, o cümlədən gündəlikdəki müxtəlif məsələlərlə bağlı rəy və təklifləri dinlənilib.


Müəllif: Teleqraf.com
Seçilən
12
20
teleqraf.com

10Mənbələr