Texas qubernatoru Qreq Ebbott qanunsuz miqrasiya ilə mübarizə aparmaq üçün Meksika ilə sərhədə əlavə 400-dən çox hərbçi, həmçinin təyyarə və helikopterlər göndərmək barədə sərəncam verib.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qubernatorun ofisi məlumat yayıb.
"Texas Taktiki Sərhəd Qüvvələrinin göndərəcəyi 400-dən çox əlavə əsgər, həmçinin C-130 təyyarələri və “Chinook” helikopterləri Texas Milli Qvardiyasının sərhəddə yerləşdirilmiş minlərlə hərbçisinə qoşulacaqlar", - məlumatda bildirilib.
Qeyd olunur ki, son dörd il ərzində Texas "keçmiş prezident Cozef Bayden administrasiyasının sərhəd böhranına və amerikalıları qorumaqdan imtina etməsinə" qarşı mübarizə aparıb.