Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 28.01.25-ci il tarixində saat 13:30 radələrindən başlayaraq 21 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə hafta.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilir.
Vəziyyətlərinə müvafiq olaraq müxtəlif şöbələrə yerləşdirilirlər.
***
Lənkəranda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.
Hafta.az xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı yolunun Lənkəran ərazisindən keçən hissəsində olub. Sərnişin avtobusu “VAZ-2107” markalı avtomobilin üstünə aşıb. Hadisə nəticəsində xəsarət olanların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.