ABŞ Hərbi Hava Qüvvələri Norveçin “Kongsberg Defence & Aerospace” (KONGSBERG) şirkətinə əlavə “Joint Strike Missile” (JSM) raketləri sifariş edib.
“Poliqon” KONGSBERG-ə istinadən xəbər verir ki, əlavə sifarişin dəyəri təxminən 70 milyon ABŞ dollarıdır.
Sifarişlə bağlı işlər Norveçin Konqsberq şəhərində aparılacaq və 2027-ci ildə tamamlanacaq.
Xatırladaq ki, ötən ilin iyun ayında JSM raketlərinin tədarükünə dair KONGSBERG şirkəti və ABŞ HHQ arasında 141 milyon dollar dəyərində ilk müqavilə imzalanıb.