AZ

Politoloq: Tramp Kaliforniyanın ayrılmasına imkan verməyəcək– ÖZƏL

Olaylar.az xəbər verir ki, politoloq Konstantin Bloxin bildirib ki, ABŞ federal hakimiyyəti və prezident Donald Tramp Kaliforniyanın ölkədən ayrılmasına imkan verməyəcək. Onun sözlərinə görə, bu, Kaliforniyanın iqtisadi baxımdan inkişaf etmiş və perspektivli bir ştat olması ilə bağlıdır.

Bloxin qeyd edib ki, federal hakimiyyətin qlobal ambisiyaları, geniş hərbi bazalar şəbəkəsi var və belə bir ayrılmaya icazə verməz. O, Kaliforniyanın müstəqilliyi ilə bağlı imza toplama kampaniyasını ABŞ-də gedən daxili siyasi mübarizənin bir hissəsi kimi qiymətləndirib və bunun demokrat qubernatorun Tramp administrasiyasına etiraz jesti olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr