“Barselona”nın futbolçusu Andreas Kristensen yenidən zədələnib.
İdman.biz xəbər verir ki, danimarkalı müdafiəçi məşqdə xəsarət alıb.
Sağ ayağından zədələnən futbolçu təxminən 3 həftə meydanlardan kənar qalacaq. O, yanvarın ortalarında məşqləri bərpa etmişdi. Andreas bunadək 4 aydan artıq müddətdə meydanlardan kənar qalmışdı.
Qeyd edək ki, müdafiəçi cari mövsümdə 1 oyun keçirib. O, La Liqanın I turunun 2024-cü il avqustun 17-də “Valensiya”ya qarşı matçında forma geyinib.
İdman.biz