AZ

"Coca-Cola" Avropaya göndərdiyi bir çox içkisini geri çağırdı

Coca-Cola yüksək miqdarda xlorat olduğuna görə bəzi Avropa ölkələrində satılan içkiləri geri çağırıb.

Turkustan.az xəbər verir ki, Belçika Federal Qida Zəncirinin Təhlükəsizliyi Agentliyi "Coca-Cola Europacific Partners Belgium" tərəfindən istehsal olunan müxtəlif məhsulların həddindən artıq xlorat səviyyəsinə görə geri çağırılmasına qərar verdiyini açıqladı.

Açıqlamada, istehsal kodları 328 GE ilə 338 GE arasında olan Coca-Cola, Fanta, Sprite, Fuse Tea, Nalu, Minute Maid, Tropico və Royal Bliss markalarına aid qutu və şüşə butulkalardakı içkilərin geri çağırıldığı bildirilib.

Həmçinin istehlakçılara sözügedən məhsulları istehlak etməmələri ilə bağlı xəbərdarlıq edilib və məhsulların satış nöqtələrinə qaytarıla biləcəyi paylaşılıb.

Belçika mətbuatının yazdığına görə, geri çağırılmağa başlayan Coca-Cola məhsulları noyabr ayından etibarən Belçikanın Gent şəhərindəki müəssisədə istehsal edilib.

Məhsullar Belçikadan başqa Hollandiya, İngiltərə, Almaniya, Fransa və Lüksemburqa da göndərilib.

Xlorat suyun təmizlənməsində və qida emalında xlor əsaslı dezinfeksiyaedici maddələrin istifadəsi nəticəsində yaranır.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
5
6
turkustan.az

10Mənbələr