AZ

Əməkhaqqı artımları nə zaman köçürüləcək? - MƏBLƏĞ

Dünən Prezident İlham Əliyevin imzaladığı sərəncam Azərbaycanda sosial təminat sisteminin daha da gücləndirilməsi baxımından mühüm addım oldu. Bu sərəncam xüsusilə dövlət müəssisələrində çalışan vətəndaşların maaşlarının artırılmasına yönəlib.

Bəs maraqlıdır, maaşı artan vətəndaşlara bu artım nə zaman köçəcək?

Ölkə.az xəbər verir ki, məsələ ilə bağlı danışan deputat Vüqar Bayramov Ajans.az-a açıqlamasında sərəncamın əhəmiyyətindən və artımın qüvvəyə minməsindən danışıb. Deputat bildirib ki, 2025-ci ildən etibarən Azərbaycanda 5-ci sosial islahat paketinin icrasına start verilib:

"Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə sosial siyasətin davamlı olaraq dərinləşdirilməsi müşahidə edilir. Bu çərçivədə 2024-cü ildə imzalanan sərəncamla minimum əməkhaqqı və pensiyaların artırılması həyata keçirilib. İndi isə fərqli dövlət qurumlarında çalışanların əməkhaqqılarının artırılmasını görürük. Bu artımlar dövlətin vətəndaşlara göstərdiyi qayğının davamıdır və onların sosial rifahının daha da yaxşılaşdırılmasına yönəlib".

Deputat əlavə edib ki, 2025-ci ilin sosial islahat paketi ümumilikdə 3 milyon vətəndaşı əhatə edəcək:

"Bunun üçün dövlət büdcəsindən əlavə olaraq 1,7 milyard manat vəsait ayrılıb. Bu isə insanların sosial təminatının daha da gücləndirilməsi üçün ciddi maliyyə resurslarının ayrıldığını göstərir. Eyni zamanda, 2025-ci ilin dövlət büdcəsinin 43%-i sosialyönümlüdür. Bu, təxminən 17 milyard manat vəsaitin məhz sosial sahəyə yönləndiriləcəyi anlamına gəlir".

Vüqar Bayramov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılmasını əsas prioritet kimi müəyyənləşdirib:

"Dövlət başçısının imzaladığı sərəncamlar bir daha təsdiq edir ki, ölkəmizdə sosial təminat sisteminin gücləndirilməsi dövlət siyasətinin ana xəttidir. Növbəti aylarda sosial islahat paketinin daha da dərinləşdirilməsinin şahidi olacağıq. Bu, vətəndaşlarımızın rifahının davamlı olaraq yüksələcəyinə təminat verir.

Bu sərəncam sosial sahədə həyata keçirilən tədbirlərin ardıcıl olduğunu və dövlətin bu istiqamətdə genişmiqyaslı işlər apardığını bir daha təsdiq edir. Azərbaycanda sosial təminat sisteminin möhkəmləndirilməsi və əhalinin rifahının artırılması dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır",- deyə Vüqar Bayramov deyib.

Seçilən
4
olke.az

1Mənbələr