AZ

Azərbaycan ötən il 1,3 milyard manat borc qaytarıb

Ötən il dövlət büdcəsinin xərcləri 37 milyard 719,7 milyon manat olub.

Valyuta.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, təsdiq olunmuş proqnoza qarşı 2 milyard 22,6 milyon manat və ya 5,1% azdır.

Ötən il dövlət büdcəsi xərclərinin 21 milyard 800,3 milyon manatı və ya 57,8 faizi cari xərclərə, 14 milyard 623,8 milyon manatı və ya 38,8 faizi əsaslı xərclərə, 1 milyard 295,6 milyon manatı və ya 3,4 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldilib.

Qeyd edək ki, bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 5 milyard 160 milyon ABŞ dolları və ya Ümumi Daxili Məhsulun (ÜDM) 6,9 %-i qədər, daxili dövlət borcu isə 18 milyard 659,7 milyon manat, yaxud da ÜDM-in 14,8 %-i qədər olub.

Əvəz Həsənov

Seçilən
2
valyuta.az

1Mənbələr