Özbəkistan Hava Yolları (Uzbekistan Airways) aviaşirkəti Avropaya uçuşlarında Rusiya ərazisi üzərindən keçidlərdən imtina edib.
Sitat.info xəbər verir ki, bu barədə şirkətin idarə heyətinin sədri Şuxrat Xudaykulov bildirib.
Qərar Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) Rusiyanın Avropa hissəsi üzərindən uçuşları təhlükəli kimi qiymətləndirən hesabatına əsasən qəbul edilib. Yeni uçuş marşrutları Azərbaycan və Türkiyə üzərindən təşkil olunub.
Şirkət rəhbərinin sözlərinə görə, marşrutların dəyişdirilməsi uçuş müddətini 30-40 dəqiqə uzatsa və əlavə xərc yaratsa da, bu vəziyyət fors-major hesab edilir:
"Buna görə də sərnişinlər üçün tariflər artırılmayacaq".