AZ

Erməni ordusunun yarandığı gün ermənilərin etirafına baxın!

Bu gün erməni ordusunun yaranma günü ilə bağlı erməni politoloqlar, siyasətçilər, ekspertlər bir-birinin ardınca çoxsaylı açıqlamalar verir, Aprel savaşında sarsılan, 44 günlük müharibədə darmadağın olan bu zavvallı silahlı qruplaşmanın hansı durumda olduğunu dolayısı ilə etiraf edib, “keçmiş zamanların” xiffətini çəkirlər.
Belə paylaşımlardan birini də Varujan Geqamyan edib. O “xatırlayır” ki, 2015-ci ildə Sankt-Peterburqda keçirilən tələbə festivalında ermənilərlə azərbaycanlılar arasında qalmaqal düşüb. Səbəb isə Ermənistan pavilyonunda “artsax simvollarının” nümayişi olub. Geqamyanın yazdığına görə, səhərisi azərbaycanlılar xəritələrlə, kitab-sübutlarla, dəlillərlə şəhər rəhbərliyinə gəliblər, ermənilər isə “2-3 nəfər olub, həm də boş əllə”. Azərbaycanlılar Qarabağın Azərbaycana aid olduğunu və Ermənistanın Peterburqdakı pavilyonda başqa ölkənin ərazisinə iddiasını ictimailəşdirməsindən narazılıqlarını bildiriblər, həm də həyəcanla, narahatlıqla, əsəbiliklə. Nəhayət, Peterburq meri “Qarabağ savaşını bizim şəhərə daşımayın” deyə qərar verib. Varujanın sözlərinə görə, görüşdən çıxarkən “ən odlu-alovlu” azərbaycanlıya yaxınlaşıb və “Sakit olun, Qarabağ bizimdir” deyib. Bunu deyərkən, “heç bir həyəcan keçirməyib, narahat olmayıb”, “çünki hər sözünün arxasında bir erməni əsgər dayanırdı” – Varujan belə yazır... Varujanın bu tövrü, yanaşması ilk deyildi ki! Tiflisdə keçirilən beynəlxalq tədbirdə, vasitəçilərin iştirakı ilə azərbaycanlılarla birgə konfrasda Artsrun Ovannisyan – ki illər sonra, 44 günlük savaşda yalanlar uydura-uydura, axırda guya “infarkt” olub, aradan çıxdı - fakt qarşısında deməyə sözü qalmayanda, “Biz Qarabağı qan töküb almışıq, cəsarətiniz çatır, gəlin alın” deyə meydan oxumuşdu – həm də beynəlxalq vasitəçilərin yanında, üz-üzə, göz-gözə! Ermənilər bu meydanoxumaları bütün beynəlxalq platformalarda səsləndirir və Qərbin bununla fikrini dəyişəcəyini düşünmürdülər də - zatən, elə bu işğalı arxasında da Moskva ilə birgə Qərb də dayanırdı. Elə 44 günlük savaşdan öncə Rusiya kanalında “biz döyüşçüyük, ermənilər əsgərdir, azərbaycanlılar isə alverçi, bazar alverçisi” deyib, Qarabağı işğal etdiklərini uca səslə etiraf etməkdən çəkinməyib, azərbaycanlıları aşağılayan erməni ekspert də xatirimizdədir! Aşağıdan yuxarıya və yuxarıdan erməni diasporuna qədər, hər yerdə bu cür idi: müharibə etmişik, almışıq, bufer-zona yaratmışıq, əcəb eləmişik – qalibik! Düşük, siyasətdən heç nə qanmayan, sovetlərin azərbaycanlıların ov tüfəngini belə yığmasından sonra “kişilənib”, rus ordusu və zirehli texnikasının sayəsində mülki və silahsız 800 min azərbaycanlını qovmasını “böyük qələbəsi” hesab edən Robert Köçəryanın dünyaya meydan oxuyan Sovet İmperiyasını idarə edənlərdən biri olan böyük dövlət adamı və nəhəng siyasətçi Heydər Əliyevin qarşısında təşəxxüsünü, palan görməyən qoduğun sarı nər önündə soncuqlaması misalı, “ibarəli və mimikalı” davranışını xatırlayırsınızmı? – sosial şəbəkələrdə videoları var, baxa bilərsiniz! Yaxud işğal etdiklərini açıq şəkildə təsdiqlədikləri, etiraf etdikləri, “bufer-zona” adı ilə saxladıqları əraziləri boşaltmaq lazım gəldiyi haqqında Belarus lideri Aleksandr Lulkaşenkonun təklifi və israrı qarşısında “o əraziləri almaq üçün 5 min əsgər itirmişəm, niyə çıxmalıyam” deyən, “o beş milyard verir, mən 6 milyard verirəm, Qarabağdan imtina etsin” sözünü dilə gətirən Sərkisyanın sözlərini necə, unutmamısınız ki? Lukaşenko yaydı o videoları, hər yerdə var, baxın! Paşinyan demokratdır, Sərkisyana, Köçəryana, azərbaycanlıları kütləvi şəkildə köçürməsi, etnik təmizləmə aparması ilə fəxr edən Ter-Petrosyana bənzəmir, ona görə “Real Ermənistandan” danışır, elədirmi? Siz buna inanırsınızmı? Bu, həmən Paşinyandır Şuşaya gəlib, içib-keflənib, Azərbaycan yallısına rəqs edib, “Qarabağ Erməönistandır və nöqtə” demişdi! Bu həmən Paşinyandır Davosda Azərbaycan lideri ilə Qarabağ mübahisəsinə cəsarət etmişdi – o ayrı məsələ ki, Azərbaycan Prezidenti onu və onun sələflərini masada da, diplomatik danışıqlarda da, debatlarda da darmadağın edirdi və edir. Bu həmən Anna Akopyandır ki, Qarabağda Azərbaycan muğamı keçirməyə və Azərbaycanın birinci ledisini “qonaq çağırmağa” hazır olduğunu bildirmişdi! Bu həmən Paşinyandır müharibə zonasından 100 km kənarda mülki insanların qətlinə sərəncam vermişdi! Bu həmin Annadır hərbi forma geyinib, “snayperlər dəstəsi” yaratmışdı və Xankəndiyə gəlib, “hücum əməliyyatı” hazırlamışdı! Gəncədə mülki insanları qətlə yetirən Paşinyanla Xocalıda qətliam törədən Sərkisyan arasında çoxmu fərq var? Sergey Markov cəmi 3 gün öncə erməni mediasında yayılan təhlilində əla bir söz işlətmişdi. İfadə təxminən belə idi: İndi “real Ermənistan”dan danışan Paşinyan müharibədə qalib gəlsəydi, Azərbaycana hansı tələblər irəli sürəcəkdi, Azərbaycan nələri etməyə məcbur olacaqdı? Həmin Paşinyandır “Yeni müharibə və yeni ərazilər” deyə Azərbaycana açıq şəkildə meydan oxuyur, yeni müharibə ilə yeni ərazilər işğal edəcəyini bildirir və “hər sözünün və özünün arxasında duran əsgərinə” arxalanıb, azərbaycanlıların ləyaqəti, mənliyi, varlığı ilə “yallı gedib”, işğal təkəbbürü ilə davranırdı. Azərbaycan Əsgəri Petrosyanın, Sərkisyanın, Köçəryanın, Paşinyanın və varujanların “sözlərinin və özlərinin” arxasında duranları si...lib atdı! Azərbaycan Ordusu illərdir erməni ordusundan mif yaradanların və bu mifə söykənənlərin söykəndiyi yeri bir anda darmadağın etdi! Bu gün bizi hədələməkdən və “düşmən zərbəmizi görəcək” deyən Ohanyanın “keçilməz” sayılan yeddiqat, yeddimərhələli səddini Azərbaycan Ordusu bircə cəhddə si...lib keçdi! Araba kölgəsində - rus ordusunun, rus texnikasının – kölgəsində yatıb, dinc azərbaycanlıları qırmaları, Xocalıda qətliam törətmələri ilə fəxr edən və “azərbaycanlılar Xocalıya qədər elə bilirdilər ki, biz dinc xalqa qarşı bunu etmərik” deyə biləcək qaniçən-faşist təfəkkürü daşıyan bir toplumdur ermənilər. Yalnız Ordumuzun, Dövlətimizin gücünə, Ali Baş Komandanın cəsarətinə, fövqəladə qabiliyyətinə, siyasətinə görə Paşinyan “real Ermənistan”a dönüb! Çünki ermənilər yalnız bircə dildən qanır! Amma ilk fürsətdəcə xəyanətə, qətliama, işğala və soyqırıma hazırdırlar!

Allah fürsət verməsin!

Seçilən
7
buta.tv

1Mənbələr