Kolumbiya ABŞ tərəfindən deportasiya edilən qeyri-qanuni miqrantları daşıyan təyyarələrin yerə enməsi ilə bağlı yaranan diplomatik böhranın həll olunduğunu açıqlayıb.Kolumbiyanın xarici işlər naziri Luis Gilberto Murillo paytaxt Boqotada San Karlos sarayında təşkil edilən mətbuat konfransında açıqlama verib.Murillo ABŞ administrasiyası ilə fikir ayrılığını aradan qaldırdıqlarını ifadə edərək, "Bu kontekstdə Kolumbiyanın ABŞ-dakı səfiri Daniel Garcia Pena və mən iki hökumət arasında diplomatik nota mübadiləsinə səbəb olan birgə işin nəticələri olan razılaşmaları izləmək və yüksək səviyyəli danışıqlar aparmaq üçün yaxın günlərdə Vaşinqtona gedəcəyik" ifadələrini eyd edib.Nazir Murillo deportasiya edilən kolumbiyalılarla bağlı "Hökumət deportasiya edilən kolumbiyalıları qəbul etməyə davam edəcək və onlara hüquqlu vətəndaşlar kimi ləyaqətli şərait təmin edəcək. Kolumbiya öz vətəndaşlarının hüquqlarını, milli maraqlarını və ləyaqətini qorumaq üçün diplomatik dialoq kanallarını davam etdirəcək" qeyd edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta