AZ

Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Şamaxıda vətəndaş qəbulu keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Şamaxı şəhərində vətəndaşları qəbul edib. 

 

Şamaxı ilə yanaşı, Qobustan rayon sakinlərinin də iştirak etdiyi qəbulda 20-ə yaxın şəxs iştirak edib. 

 

İştirakçılar Agentliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı müraciətlərini bildiriblər. Hər bir müraciət qeydiyyata alınıb və həll edilməsi üçün aidiyyəti üzrə tapşırıq verilib. Agentliyin fəaliyyət istiqamətlərinə aid olmayan məsələlər üzrə müvafiq izahatlar verilib. 

 

Fərdi ev, avtomobil təminatı, sanatoriya-kurort yollayışları ilə təminat kimi məsələlərlə bağlı müraciəti olan hər bir imtiyazlı vətəndaş bu qəbullarda iştirak edə bilər. Bunun üçün vətəndaşlar Agentliyin (012) 525-41-30 (daxili 5625) telefon nömrəsinə zəng edə, [email protected] elektron poçt ünvanına məktub göndərə, sosial şəbəkə hesablarına müraciət edə, yaxud yerli filiallarına yaxınlaşa bilərlər.

Seçilən
3
qht.az

1Mənbələr