AZ

Rusiyalı səfir: Cənubi Koreya Ukrayna ilə bağlı xəbərdarlığımızı ciddi qəbul edib

Rusiyanın Seuldakı səfiri Georgi Zinovyev Cənubi Koreya rəsmilərinin Rusiyanın Ukraynaya silah göndərilməsi ilə bağlı xəbərdarlıqlarını ciddi qəbul etdiyini bildirib.

Publika.az xəbər verir ki, rusiyalı diplomat bununla bağlı Rusiyanın "İzvestiya" qəzetinə müsahibə verib.

O bildirib ki, Cənubi Koreya vətəndaşlarının əksəriyyəti Kiyev rejiminə hər cür silah yardımının göndərilməsinə əleyhinədir:

“Hazırkı administrasiyanın gündəmində prioritet ABŞ prezidenti Donald Tramp administrasiyası ilə əlaqələr qurmaqdır. Ötən ilin iyununda Rusiya və Şimali Koreya Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzaladıqdan sonra Cənubi Koreya Rusiyanı Ukraynaya öldürücü silahlar verməmək siyasətinə yenidən baxacağı ilə hədələyib. Digər tərəfdən, prezident Vladimir Putin Ukraynaya mümkün silah yardımını “böyük səhv” kimi qiymətləndirərək, Rusiyanın Cənubi Koreya administrasiyasının xoşuna gəlməyəcək qərarlar verə biləcəyini deyib”.

Seçilən
5
publika.az

1Mənbələr