Fransanın "Lion" klubunun baş məşqçisi Pyer Saget tutduğu vəzifədən azad edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssislə yanaşı, onun bütün məşqçilər korpusu komandanı tərk edib.
Xatırladaq ki, 45 yaşlı mütəxəssis 2023-cü ilin noyabrından komandaya rəhbərlik edir.
O, "Lion"un sükanı arxasında Fabio Qrossonu əvəzləyib.
Fransa çempionatının 19 turundan sonra "Lion" 30 xal toplayıb və turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.