Prokuror köməkçisi Mirdamət Əliyev, dövlət ittihamçıları Vaqif Əsədov və Azad Orucovun qulluq keçmələrinə xitam verilməsi ilə əlaqədar Baş Prokurorluğun inzibati binasında görüş keçirilib.
Onlara Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən verilmiş Fəxri fərmanlar təqdim edilib.
Tədbirdə, həmçinin, 70 illik yubileyinin tamam olması ilə əlaqədar prokurorluğun veteranı Fərman Rzayevə "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalı təqdim edilib.
Görüş zamanı təqaüdə çıxmış prokurorluq işçilərinin prokurorluq orqanlarında keçdikləri uzunmüddətli xidmət illərinə nəzər salınıb, prokurorluq orqanlarında səmərəli fəaliyyətləri qeyd edilib.
Veteranlar göstərilən diqqətə görə minnətdarlığını bildirərək tədbir iştirakçıları ilə xatirələrini bölüşüb.
Sonda xatirə fotosu çəkilib.