AZ

Kənd yollarının təmiri 85-90%-ə çatıb - Prezident

Azərbaycanda son illərdə kənd yollarının təmiri və bərpası təxminən 85-90 faizə çatıb. Bunu Azərbaycan Prezidenti İlham Əliyev  yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı bildirib.
 
Prezident bildirib ki, yolların təmiri üçün hər il vəsait ayrılır. 
 
"Bütün ölkə üzrə son illər ərzində bir çox nəqliyyat layihələri icra edilmişdir - kənd yolları, şəhərlərarası yollar, magistral yollar. İllər keçdikcə indi əvvəlki vəziyyət yaddan çıxır. Ancaq əgər biz 20 il əvvələ nəzər salsaq görərik ki, o vaxt bizim yollarımız nə vəziyyətdə idi. Hətta Bakı şəhərinin əsas yolları faktiki olaraq heç bir standarta uyğun gəlmirdi. Biz yeni yollar saldıq, bütün şəhərləri demək olar ki, müasir yollarla birləşdirdik. Bütün sərhədlərimizi müasir avtomagistrallarla birləşdirdik. Kənd yollarının təmiri və salınması dərəcəsi təqribən 85-90 faizə çatıb və hər il biz bu məqsədlər üçün vəsait ayırırıq", - ƏLiyev bildirib. 
 
Prezident çıxışında Azərbaycanın coğrafi vəziyyətini xatırladaraq vurğulayıb ki, ölkədən beynəxalq nəqliyyat dəhlizləri keçir və bunun nəticəsində ölkə olaraq bu coğrafi vəziyyətdən səmərəli istifadə olunub. 
 
Əliyev əlavə edib ki, Azərbaycan beynəxalq dəhlizlərin Azərbaycan ərazisindən keçməsinə maraqlıdır. 
 
Gülnar Nazimqızı 


www.anews.az
Seçilən
0
anews.az

1Mənbələr