AZ

"Heyvanlardan əvvəl gələcəyimiz olan körpələrin problemini iclasınızda qaldırın..." – Jurnalist deputata səsləndi

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sədrinin müavini  Fatma Yıldırım xanımın Bərdədən seçildiyini bilirsiniz və çoxunuz tanıyırsınız. Savadlı, ləyaqətli xanımdır!

Mən də Fatma xanımı təxminən 2006-cı ildən tanıyıram. Evlərində qonaq olmuşam. Xətri əzizdir. Atası Azərbaycan fiziki, fizika-riyaziyyat elmləri doktoru, mərhum professor Vidadi Əliyevdən dəfələrlə müsahibə götürmüşəm, açıqlama almışam.

Amma deputat xanımın MM iclasında söylədiyi təklif mənimlə bərabər hər kəsi qəzəbləndirdi. Deyir: “Sahibsiz heyvanlara qida, və digər vəsaitlər almaq istəyən vətəndaşlarımız, heyvansevər insanlarımız var. Təklif edirəm ki, heyvan qidaları əlavə dəyər vergisindən, vergidən azad edilsin".

Fatma Yıldırım xanım, əzizim, belə təklif verməyə həvəslisinizsə, ilk əvvəl bu xalqın körpələrini düşünün!

Uşaq böyüdənlər bilir, uşaqpulu verilməyən ölkədə uşaq böyütmək çox çətin, çox əziyyətli bir işdir. İnandırım ki, sizi məktəbəqər, azyaşlı uşağın ən çox xərc tələb etdiyi dövr ilk 3 ildir. Yəni, çətinlik yeni doğulmuş körpələrin yemək problemi ilə bağlıdır.. Məsələn, Hipp Organic 1 " uşaq qidası (doğumdan) 800 q. 41.00 AZN-dir.

"Hipp Comfort " un 350 q. 24.20 AZN, Similac Gold 1 800 q ( 0-6 ay ). 41.50 AZN, "Similac HA" 1 375 q (0-6 ay). 32.40 AZN. "Aptamil" İmmunofortis- 350 q. 22.00 AZN və sair.

Qiymətləri 6 manata qədər müxtəlif çeşidli uşaq yeməkləri satışda var və hər bir valideyn arzu edir ki, övladı ən orqanik məhsulla bəslənsin... Amma bu qiymətlərlə hər valideyn övladını xoşbəxt edə bilirmi?

Xeyir , kasıb valideyn məcburdur ki, gözünü dünyaya yenicə açan körpəsini ən zəif şəkildə bəsləsin, ona kasıbçılığı belə aşılasın..körpə balasını mənşəyi məlum olmayan yeməklərlə böyütsün...

Bundan başqa "Pampers" uşaq bezlərinin qiymətinin 45-42 manatdan başladığını bilməyən var? Hələ 2023-cü idən başlayaraq 5 nömrəli "Pampers”in 60 ədədi 31 manata satılırdısa, hazırda qiyməti 42 manatdan yüksəkdir.

94 ədədlik "Pampers” isə 45 manata təklif edilir. Elə "Molfix”, “Can bebe” "Huggies” “Predo”, “Leylək də ucuz deyil , keyfiyyətinə və sayına görə qiyməti 40 manatdan 7 manat arası təşil edir. Təsəvvür edin, gündəlik 2,5 yaşa qədər əksər körpələrə valideynlər 6 ədəddən çox uşaq bezi işlədirlər.

Üstəlik, uşağın sinir sistemi və soyuqdəymə üçün dərman pereaparatları, vitaminər, öskürək, köp, qzdırma əleyhinə siroplar, qaşınma və göbələk əleyhinə sürtmə kremlər və igər uşaq dərmanlarının "ceyran belində" olduğu kimsəyə qaranlıq deyil. Məsələn, uşağın sinir sistemi üçün vacib olan 5-HTP 5-HTP, 100 mq-lıq, 45 Tabletin qiymətinin 34 manat 87 qəpik olduğunu bilirsinizmi? Sinir dərmanı olan Theanine,-nin 56 manat , 31 qəpik olduğunu bilirsinizmi?

 

Yəqin ki, Dövlət Statistika Komitəsinin məlumatını bilirsiniz: 2023-cü ildə bir yaşınadək ölən uşaqların sayı 2 039 nəfər təşkil edib. Bu da son 25 ilin ən yüksək göstəricisi hesab olunur. Onların 1146 nəfərini oğlan, 893 nəfərini isə qız uşaqları təşkil edib.

Bilirsinizmi, anemiya diaqnozu ilə qeydə alınmış xəstə uşaqların sayı 2011-ci ildən başlayaraq sürətlə artır. 2016-cı ildə 18 yaşadək belə xəstə uşaqların sayı 28 948 nəfər olub?(sonrakı illərin statistikası verilmir)

Eləcə də hələ 2019-cu ildə həkimlər SOS siqnalı çalırdı ki, onkoloji ( Xərçəng )xəstəlikləri olan uşaqların sayı 600-ü keçib. 2023-cü ildə isə 169 uşaqda onkoloji xəstəlik aşkarlanaraq qeydiyyata alınıb. Sizcə, bu qədər uşağın gigiyena və bəslənməsində problem yaradan yeməklərin, bezlərin, dərmanların təsiri ola bilərmi? 100 faiz!

Elə isə, niyə heyvanlardan əvvəl Azərbaycanın gələcəyi olan körpələrin problemini iclasınızda qaldırmırsınız?

Onu da dəqiq bilirsiniz ki, qonşularımız - ermənilər və ruslar var olduqca Azərbaycanın müharibə variantı da var olacaq! Gələcəkdə döyüşə çağrılacaq kasıb balalarını qidalanma, bəslənmə, vaksin və dərmanla təhciz etmə və diğər problemlərinə can yandırmamaqla böyük bir yanlışlıq etdiyinizin fərqindəsinizmi?Bu xalqın körpələrinin, balalarının qayğısına qalın ki, təmsil etdiyiniz dövlət, hakimiyyət səfərbərlik edəndə döyüşə göndərməyə sağlam döyüşçü tapsın!

Bundan sonra heyvanları düşünmək mümkündür!

 Əntiqə Rəşid

 

 

Seçilən
8
adalet.az

1Mənbələr