AZ

Prezident Bakı-Tbilisi-Qars layihəsinin icrası ilə əlaqədar üzləşilən müqavimətdən danışdı

Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrası zamanı ölkəmizin üzləşdiyi çətinliklərdən danışıb.

Teleqraf.com xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib:

“Biz bu layihəni icra etmək istəyəndə böyük müqavimətlə üzləşmişdik. Onu indi mən deyə bilərəm. Xüsusilə Amerika Birləşmiş Ştatları buna etiraz edirdi. Səbəb yenə də ermənipərəst siyasətlərində idi. Çünki hesab edilirdi ki, bu layihə Ermənistanı kənarda qoyur. Buna görə ovaxtkı Gürcüstan rəhbərliyinə Amerika dövləti tərəfindən çox ciddi təzyiq göstərilmişdi ki, Gürcüstan buna razılıq verməsin. Biz bir neçə il Gürcüstan tərəfi ilə danışıqlar aparmışdıq və nəhayət razılığa gələ bildik”.


Müəllif: Teleqraf.com
Seçilən
23
12
teleqraf.com

10Mənbələr