Ötən il dünyasını dəyişən dünyaca məşhur irlandiyalı müğənni Sinead O’Connorun 1,7 milyon funt sterlinqlik mirasını övladlarına qoyduğu açıqlanıb.
Medianews.az xəbər verir ki, mərhum sənətçi övladlarına qoyduğu mirasla yenidən gündəmə gəlib.
Qeyd edək ki, xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH) və astma səbəbiylə vəfat etdiyi ortaya çıxan müğənni mirası və vəsiyyəti ilə adından söz etdirib.
Məşhur “The Sun” qəzetinin əldə etdiyi sənədlərə görə, borclar, dəfn və vəkillik xərclərindən sonra müğənninin sərvətinin 1,4 milyon funt sterlinq olduğu üzə çıxıb.
Medianews.az