AZ

Kreml Ukrayna üzərindən Avropaya qaz satmaqda maraqlıdır - Peskov

Kremlin sözçüsü Peskov paytaxt Moskvada bəzi aktual mövzularla bağlı jurnalistlərə açıqlama verib.

Sitat.info xəbər verir ki, Peskov Avropanın Rusiyaya qarşı sanksiyalarının "iki ağızlı qılınc" olduğunu deyib.

"Avropalılar bu sanksiyalardan zərər görür. Biz bu sanksiyaları beynəlxalq hüquqa zidd olan qeyri-qanuni məhdudiyyətlər hesab edirik" - Peskov deyib. 

Peskov Rusiya qazının Ukrayna üzərindən Macarıstan və Slovakiyaya daşınması ilə bağlı Avropada keçirilməsi gözlənilən danışıqları şərh edib:

"Rusiya bu ticarətin davam etməsini istəyir. Məhsullarımızı satmaqda maraqlıyıq".

Peskov Rusiya qazının ABŞ-dan tədarük edilən mayeləşdirilmiş təbii qazla müqayisədə rəqabətli qiymətlərinə görə avropalı istehlakçılar üçün daha sərfəli olduğunu vurğulayıb.

Rusiyanın enerji şirkəti "Qazprom" Ukrayna üzərindən Avropaya təbii qaz nəqlinin müvafiq razılaşmanın müddəti bitdiyi üçün yanvarın 1-dən dayandırıldığını açıqlayıb.

Nigar,

Sitat.info

Seçilən
11
38
sitat.info

10Mənbələr