Pərakəndə ticarət dövriyyəsi ötən il 62 milyard 202,9 milyon artıb.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 3,9% və ya 3 milyard 205,2 milyon manat çoxdur. Belə ki, 2023-cü ildə pərakəndə ticarət dövriyyəsi 58 milyard 997,7 milyon manat təşkil edib.
2024-cü ildə əvvəlki ilə nisbətən ərzaq məhsullarına çəkilən xərc 2,3%, qeyri-ərzaq mallarına çəkilən xərc 6,3 % artıb. İçki və tütün məmulatlarına çəkilən xərc 3,4% azalıb.
Sərvanə Rəmixanova