2025-ci ildə Laçın Hava Limanı istifadəyə veriləcək. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı bildirib.
Bununla da Azərbaycanda fəaliyyət göstərən hava limanların sayı 9-a çatacaq.
Son 20 ildə Azərbaycanda dörd hava limanı bərpa edilib, dördü isə yenidən tikilib.
"Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən qurulub. Lənkəran hava limanı faktiki olaraq istifadə edilmirdi. Amma Bakı, Naxçıvan, Gəncə istifadə olunurdu. Bu dörd hava limanının həm zolaqları, həm terminal kompleksləri ən müasir standartlara cavab verir. Bununla bərabər, dörd yeni hava limanı inşa edilib - Qəbələ, Zaqatala, Füzuli və Zəngilan", - Prezident deyib.
Prezident vurğulayıb ki, ölkədə fəaliyyət göstərən bütün hava limanları elə də Laçın hava limanı istənilən ağırlıqda yük və sərnişin daşıma xidmətlərini həyata keçirtməyə qadirdir.
Əliyev əlavə edib ki, 2024-cü il ərzində ölkə ərazisində yeddi milyondan çox sərnişin daşınıb və bu rekord göstəricidir.
"Heydər Əliyev Beynəlxalq Hava Limanı keçən il rekord sayda - yeddi milyondan çox sərnişin daşıyıb. Nazirlik tərəfindən aparılan təhlil göstərir ki, bu rəqəm daha da artacaq və təklif verildi ki, yeni terminal kompleksi Heydər Əliyev Beynəlxalq Hava Limanında inşa edilsin. Mən də öz dəstəyimi verdim. İndi bu yeni terminal kompleksinin layihəsi və texniki-iqtisadi əsaslandırılması hazırlanır. Artıq buna start verilib və bu da gələcək sərnişinlərin sayını qəbul etmək üçün bizə imkan yaradacaq. Yəni ki, biz, o cümlədən hava nəqliyyatı üzrə beynəlxalq mərkəzə çevriləcəyik", - Prezident bildirib.
İlham Əliyev Ələtdə Azad İqtisadi Zonanın fəaliyyətini xatırladaraq vurğulayıb ki, orada yükqəbul etmə imkanları 1 milyon tona bərabər olacaq.
Gülnar Nazimqızı
www.anews.az