AZ

12 yaşlı uşaq milkşeykdən öldü

İngiltərədə 12 yaşlı uşaq içdiyi milkşeykdən dünyasını dəyişib. Hadisə Londonun Bermondsi bölgəsində baş verib.

Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, içki uşağın getdiyi kafedə hazırlanıb. Ekspertiza nəticələrinə görə, südü qarışdıran mikser qeyri-təmiz olub. 

Hadisənin baş verdiyi kafe Barış Yücəl adlı bir türkə aiddir. Ona məhkəmənin qərarına görə 100 saat sosial xidmət və təzminat cəzası verilib.

Qeyd edək ki, milkşeyk dondurma, süd və şirinləşdiricidən (məsələn, şokolad, vanil və ya meyvə siropları) hazırlanmış, blenderdə qarışdırılaraq kremli və şirin bir içkiyə çevrilən soyuq desertdir.

 


Telegram kanalımız
Seçilən
6
yenisabah.az

1Mənbələr