Qadın sığınacağına şizofreniyadan əziyyət çəkən qadın yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat yayıb.
Sədr sığınacağa gələn xanımda qəribə hərəkətlər müşahidə edildiyini bildirib:
“Qadın 2-3 gün qaldıqdan sonra qəribə davranışlarını hiss etdik. Bütün gün ağlamağa çalışır, eyvanın kənarından ayrılmır, gecələr yatmır, bəzən səbəbsiz yerə gülür. Narahat olub qadını müayinə üçün xəstəxanaya göndərdik. Nəticədə, qadına şizofreniya və kəskin psixoloji pozuntu diaqnozu qoyuldu”.
Mehriban Zeynalova qeyd edib ki, qohumları qadının bu hala düşməsndə falçıların rolunun olduğunu iddia ediblər:
“Qohumlarının dediyinə görə qadın 17 yaşına qədər tamamilə normal olub. Lakin 17 yaşında falçıya gedib. Falçı ona “sizin evdə iki qara çadır görürəm” deyib. Bu sözlərdən sonra qadın evə girməkdən imtina edib və vəziyyəti günü-gündən daha da pisləşib”.
O, qadını sığınacaqda saxlamaqda çətinlik çəkdiklərini və onu müalicə üçün xəstəxanaya yerləşdirməyə çalışdıqlarını vurğulayıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta