AZ

Hindistanda naməlum xəstəlikdən 17 nəfər vəfat edib

Hindistanda naməlum xəstəlik qeydə alınıb və artıq 17 nəfər bu xəstəlik səbəbindən dünyasını dəyişib.
ONN media xəbər verir ki, bu barədə "aif.ru" portalı məlumat yayıb.
Məlumata görə, xəstəlik daha 38 nəfərdə aşkarlanıb. Simptomlar arasında qızdırma, ürəkbulanma və halsızlıq var. Vəfat edənlərin yarılması nəticələrində beyinlərində şiş aşkar edilib.
Bildirilir ki, xəstəliyə yoluxanların hamısı Cammu və Kəşmir ştatının Badhaal kəndində qeydə alınıb.

Seçilən
8
onn.az

1Mənbələr