Amur vilayətinin Beloqorsk şəhərini qarğalar sözün həqiqi mənasında istila ediblər. Artıq qarğalara qarşı mübarizə başlayıb. Bu barədə şəhərin meri Stanislav Melyukov özünün Telegram kanalında məlumat verib.
O qeyd edib ki, əvvəllər əsasən şəhər zibilliyində yaşayıb burada qidalanan qarğaların artıq hansısa problemləri yaranıb və onlar yataq yerlərini dəyişiblər.
"Qarğalar əvvəlcə uşaq bağçasındakı ağaclarda məskunlaşdılar - bir neçə gündən sonra uşaq bağçasının ərazisi dəhşətli vəziyyətə düşdü. İndi isə qarğa sürüsü növbə ilə uşaq bağçasında, sonra isə Aleksandrovski parkında gecələyir”, - Melyukov gileylənib.
"İnzibati binalar artıq çirklənməyə başlayıb”, mer vurğulayıb.
Tural