UEFA Avropa Liqasının 4-cü həftəsində "Tottenhem"lə matçda zədələnən "Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardi sosial media hesabındakı paylaşımı ilə "sarı-qırmızı"lı azarkeşləri həyəcanlandırıb.
Bakupost.az türk mediasına istinadla xəbər verir ki, ölkəsində əməliyyat olunan argentinalı ulduz sosial media hesabındakı paylaşımla fərdi məşqlərə başladığını açıqlayıb.
Xatırladaq ki, İkardi UEFA Avropa Liqasının 4-cü həftəsində "Tottenhem"lə matçda zədələnərək mövsümü başa vurub.
Elgün, BakuPost