AZ

Kimlər sarımsaq yeməməlidir? - Virusları öldürdüyü deyilən bitkinin zərər və faydaları

Sarımsağın bir çox faydalı xüsusiyyətləri var. Tərkibində orqanizmi virusların təsirindən qoruyan şəfalı yağlar yer alır.

"Tərkibində unikal efir yağları var. Onlar potensial virusları dəf edirlər. Bu, özünüz üçün diqqətə almalı olduğunuz məhsuldur. Soyuqdəymə zamanı sarımsaq yeməyi məsləhət görürəm. Ancaq bu, soyuqdəymə ilə mübarizənin yeganə vasitəsi ola bilməz", - deyə mütəxəssis vurğulayıb.
Dietoloq qeyd edib ki, sarımsaq istehlakı norması hər oqanizm üçün fərdidir:
"Mən gündə bir dişdən çox çiy sarımsaq yeməyi məsləhət görürəm. Ancaq bəzi insanlar bu məhsuldan tamamilə imtina etməlidirlər. Məsələn, mədə-bağırsaq traktında problemi olanlar. Efir yağları bağırsaq mukozasına qıcıqlandırıcı təsir göstərir və kəskinləşməyə səbəb ola bilər".
Mütəxəssisin sözlərinə görə, sarımsaq qanı yaxşı durulaşdırdığından aterosklerozlu insanlar üçün faydalıdır.
"Lakin, bir insanın qanını durulaşdırmağa ehtiyacı yoxdursa, əksinə, laxtalanması lazımdırsa, sarımsaq rasiondan tamamilə xaric edilməlidir" deyə dietoloq vurğulayıb.

Seçilən
4
7
bolge.tv

10Mənbələr