Olaylar.az xəbər verir ki, bu barədə "YouGov" tədqiqat xidmətinin apardığı sorğunun nəticələri göstərir.
Məlumata görə, amerikalıların 17%-i Trampın sosial mediada etdiyi paylaşımları "həmişə uyğun olmayan" kimi qiymətləndirib. Daha 21% respondent onun davranışını "adətən uyğun olmayan" hesab edib.
Eyni zamanda, ölkə vətəndaşlarının 12%-i Trampın sosial media aktivliyini "həmişə uyğun" hesab edir. 24% respondent isə paylaşımların "adətən uyğun" olduğunu bildirib. Sorğuda iştirak edənlərin 26%-i isə Trampın sosial mediada davranışı ilə bağlı fikirlərini formalaşdırmadığını qeyd edib.
Trampın sosial media paylaşımlarına ən tənqidi yanaşanlar Demokratlar Partiyasının tərəfdarları olub: onların 66%-i bu davranışı müxtəlif səviyyələrdə uyğun olmayan hesab edir. Respublikaçılar arasında isə Trampın sosial media aktivliyini dəstəkləyənlərin sayı 65% təşkil edir, yalnız 10% narazılığını ifadə edib.
Sorğunun nəticələri Trampın sosial media davranışının siyasi qütbləşmənin güclü bir göstəricisi olduğunu göstərir.