“MagtiCom” provayderi bildirib ki, Gürcüstanda 500 mindən çox abunəçi interneti itirib - əsas kabel və ehtiyat kanal eyni vaxtda sıradan çıxıb.
İnternet, həm mobil, həm də stasionar, ötən gecə yerli vaxtla saat doqquzdan sonra yoxa çıxıb. Şirkət uğursuzluğun “qlobal problem”lə bağlı olduğunu açıqlayıb. Onun aradan qaldırılması üçün aparılan işlər bir neçə saat davam etdi və yalnız gecə saatlarında nəticə verdi. Gürcüstan sakinləri təxminən 5 saat ərzində Ümumdünya İnternetə daxil ola bilməyiblər.
“Zədələnmə yanvarın iyirmi yeddisində Türkiyə ərazisində qeydə alınıb,güclü qar yağması və uçqun təhlükəsi səbəbindən partnyor şirkətin texniki qrupları dağıntı yerinə çata bilməyıblər” – MagtiCom.
Provayderin mətbuat xidməti aydınlaşdırıb ki, internet Gürcüstana Avropadan gəlir.
Şirkət qəza zamanı əsas kabel ilə ehtiyat kanalın da işləməməsi faktını şərh edərək, bu xəttin birdən üç nöqtədə zədələndiyini, hamısının Acarıstanda yerləşdiyini və bunun xarakteri müəyyən şübhələrə səbəb oldu.Ətraflı məlumat polisə veriləcək,deyə “MagtiCom” bildirib.
“MagtiCom-un texniki qrupu problemlərin aradan qaldırılması üçün fövqəladə rejimdə çalışıb və yanvarın 28-də saat 01:54-ə hər üç problem tamamilə aradan qaldırılıb” – provayder.
Şirkət həmçinin yaranan narahatlığa görə müştərilərdən üzr istəyib.
Almaz Həsənli