AZ

2025-ci ilin ilk “Ulduz”u çap olunub - Foto

2025-ci

“Ulduz” jurnalının yanvar-fevral sayı Pərvanə Bayramqızının “Özüylə söhbəti...” və essesiylə açılır.

Reyting.az
xəbər verir ki, jurnalın “Şeir vaxtı”nda yeni şeirləriylə Gülsada İbarhimli, Qəndab Əliyeva, Əkbər Qoşalı, Günel Ağazadə, Pərvin Əliyeva, Zöhrab Mehdi, Gəray Göyyurddur.

Qulu Ağsəsin Hidayət Orucovla “Ayrı söhbət”ini “Ulduz” jurnalı ilə “Xalq qəzeti” TV-nın birgə layihəsində oxuya bilərsiniz.

“Nəsr”də Anar Adilin “Kloun Muğuş”, Sevinc Elsevərin “Gizlənpaç”, Günel Mehrinin “Sarmaşıq” hekayəsi təqdim olunur.

“Tribuna”da Həyat Şəmi “Tam anlamı ilə Anar”, Aslanlı Huntürk “M.T.Sidqinin “Ədəbi-pedaqoji görüşlərində sağlam həyat tərzi problemləri”, Zəhra Namazlı “Tarixin kölgəsində bu gün” yazıları ilə görüşünüzə gəlib.

Şəfa Vəli “Ulduz”da “Gənc yürekler”dən yazır.

“Tərcümə saatı”nda Nazir Rüstəm Robert Byornsun “İşdə məhəbbət macərası” filmində şeirini dilimizə çevirib.

“Esseistika”da “Vətənim sənsən”, “Füzuli və Hüqo”, “Ana” esseləri ilə Ayna Asimqızıdır.

“Tənqid”də İlahə Səfərzadə “Qəlblərə yol tapan poeziya: Dayandur Sevginin şeirləri əsasında” yazısını təqdim edir.

“Dərgidə kitab”da “XX əsr Danimarka şeiri” Səlim Babullaoğlu və türk şair-tərcüməçi Hüseyin Duyğunun təqdimatında ilk dəfə geniş şəkildə oxuculara təqdim olunur.

“Dərgidə sərgi”də rəsm əsərləri ilə Tünzalə Ağabalayevadır.

Seçilən
0
2
reyting.az

4Mənbələr