AZ

Bakı regional tədbirə ev sahibliyi edəcək (FOTO)

Bakı. Trend:

Ümumdünya Poçt İttifaqı və “Azərpoçt” MMC-nin birgə təşəbbüsüilə 28-30 yanvarda Bakıda Avropa və MDB regionu ölkələri üçünNəqliyyat və Elektron Qabaqcıl Məlumatlar üzrə tədbirlərkeçiriləcək.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindənməlumat verilib.

Azərbaycanın poçt ekosistemində innovasiyaları təşviq etməköhdəliyi ilə keçirilən tədbirlər poçt nəqliyyatı seminarı vəElektron Qabaqcıl Məlumatlar üzrə təlimi əhatə edəcək.

Tədbirlərin məqsədi Avropa və MDB-dən olan poçt operatorlarınıbir yerə toplamaqla müasir poçt sistemindəki çətinlik və imkanlarımüzakirə etmək, Elektron Qabaqcıl Məlumatlar və nəqliyyatlogistikası, poçt təhlükəsizliyi funksiyaları ilə bağlı poçt işinintəşkili haqqında bilikləri bölüşməkdir.

Elektron Qabaqcıl Məlumatlar üzrə təlimlər zamanı Elektronticarətə strateji yanaşma, Gömrük bəyannaməsi və Beynəlxalq poçtsistemləri üzrə alətlərin istifadəsi və inteqrasiyasına dairsessiyalar təşkil olunacaq, iştirakçı ölkələrin poçtoperatorlarının fərdi ehtiyacları üzrə ikitərəfli görüşlərkeçiriləcək.

Eyni zamanda regional nəqliyyat seminarında nəqliyyatla bağlıregional və milli nəqliyyat göstəriciləri, İT alətləri, kağızsızdaşımaya keçid və regional nəqliyyat qovşaqlarının yaradılması kimivacib məsələlər müzakirə ediləcək.

Seminarın önəmli məqamlarından biri də poçt operatorlarıarasında dialoqu təşviq edən panel müzakirəsidir. Burada poçtkonsolidasiyası və regional mərkəzlərin yaradılması üçünçətinliklərin həlli yolları araşdırılacaq.

Keçiriləcək tədbirlər poçt təşkilatlarını fəaliyyətinsəmərəliliyini artırmaq məqsədilə zəruri alət və biliklərlə təminetməklə yanaşı, regionda poçt operatorları arasında əməkdaşlığıtəşviq etməyi hədəfləyir.

Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Seçilən
13
7
az.trend.az

10Mənbələr