AZ

Ötən il sığorta ödənişləri 165 milyondan çox artıb

Ötən Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 1 milyard 353 milyon 185 min manat sığorta haqqı toplanılıb.

Valyuta.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 130 milyon 648 min manat və ya 10,6% çoxdur. 2023-cü ildə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 1 milyard 222 milyon 537 min manat sığorta haqqı toplanılıb.

2024-cü ildə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 752 milyon 712 min manat təşkil edib. Bu, əvvəlki illə müqayisədə 165 milyon 387 min manat, yaxud da 28,2% çoxdur.

2023-cü ildə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 587 milyon 325 min manat sığorta ödənişi edilib.

Əvəz Həsənov

Seçilən
9
9
valyuta.az

10Mənbələr