AZ

İlham Əliyev bu Məcəlləyə dəyişikliyi təsdiqlədi

Qanunsuz miqrantların saxlanılması mərkəzlərinə məcburi yerləşdirilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin azad edilməsi qaydaları müəyyənləşib.

Publika.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Miqrasiya Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

Belə ki, dəyişikliyə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mərkəzdə saxlanılması müddəti onların orada yerləşdirilməsi barədə qərara uyğun olaraq qəbul edildikləri andan hesablanacaq.

Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların mərkəzdə yerləşdirilməsi barədə qəbul edilmiş qərarda göstərilən müddət başa çatanadək həmin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mərkəzdə saxlanılması müddətinin uzadılması, yaxud azad edilməsi (və ya buraxılması) məsələsi həll olunmalıdır. Mərkəz rəisi bu barədə həmin şəxsin orada yerləşdirilməsi müddətinin başa çatmasına 1 iş günü qalmış müvafiq icra hakimiyyəti orqanına şifahi və ya yazılı qaydada məlumat verir. Məhkəmənin qərarı əsasında uzadılma halları istisna olmaqla, müvafiq icra hakimiyyət orqanı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mərkəzdə saxlanılması müddətinin uzadılması, yaxud azad edilməsi haqqında qərar qəbul ediləcək.

Seçilən
4
2
publika.az

10Mənbələr