AZ

Qrenlandiya uğrunda mübarizə qızışır – Danimarka adanı heç kimə vermək fikrində deyil

Danimarka Arktika regionunda hərbi mövcudluğunu gücləndirmək üçün təxminən 2 milyard dollar xərcləyəcək.

KONKRET.az Bloombergə istinadən xəbər verir ki,  bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, Kopenhagen ABŞ prezidenti Donald Trampın “Qrenlandiyanın alınması” ilə bağlı açıqlamaları fonunda belə bir addım atıb. Bu təşəbbüs Farer adaları və Qrenlandiyanın hakimiyyət orqanları ilə əməkdaşlıq nəticəsində əldə olunub. Bu təşəbbüslər çərçivəsində Qrenlandiya ərazisinə Arktika dəniz qüvvələrinin 3 yeni gəmisinin, eləcə də 2 uzun mənzilli pilotsuz uçuş aparatının yerləşdirilməsi planlaşdırılır.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
12
konkret.az

1Mənbələr